...

Bəhreyn atleti yeni dünya rekordu vurub

İdman Materials 3 Oktyabr 2021 20:09 (UTC +04:00)

Bakı. Trend:

Bəhreynli yüngül atletika üzrə idmançı Kalkidan Gezan 10 km məsafəyə qaçış yarışında yeni dünya rekorduna imza atıb.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (World Athletics) mətbuat xidməti məlumat yayıb.

Turnir Cenevrədə keçirilib. İdmançı məsafəni 29 dəqiqə 38 saniyəyə qət edib, əvvəlki rekord isə Keniyalı Coysilin Cepkosgeyi (29.43) tərəfindən qoyulub. Kalkidan Gezanın 30 yaşı var, daha əvvəl Tokiodakı Olimpiya Oyunlarında 10.000 m qaçışda gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti