Bakı. Orxan Nəbiyev - Trend:
Bu gün Niderlandda keçirilən futzal üzrə Avropa çempionatı çərçivəsində Azərbaycan milli komandası ilk matçına çıxacaq.
Trend-in məlumatına görə, Azərbaycan D qrupunun ilk turunda Gürcüstanla qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qrupun digər matçında İspaniya Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar dörddəbir final mərhələsinə çıxacaq.
Futzal üzrə Avropa çempionatı yanvarın 19-dan fevralın 6-dək Niderlandın Amsterdam və Qroningen şəhərlərində keçirilir.