...

Çempionlar Liqası: "Mançester Siti" "Sportinq"i darmadağın edib

İdman Materials 16 Fevral 2022 02:11 (UTC +04:00)
Çempionlar Liqası: "Mançester Siti" "Sportinq"i darmadağın edib

Bakı. Trend:

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, İngiltərənin "Mançester Siti" klubu Portuqaliyanın "Sportinq" klubunu qəbul edib.

Oyun meydan sahibinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları R.Mahrez (7-ci dəqiqə), B.Silva (17 və 44), F.Foden (32) və R.Sterlinq (58) vurublar.

Qeyd edək ki, cavab oyunu martın 9-u Portuqaliyada baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti