Bakı. Trend:
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasını 4 dəfə qazanan ilk məşqçi olub.
Trend-in məlumatına görə, mayın 28-də Parisdə "Stad de Frans" stadionunda keçirilən Çempionlar Liqasının 2021/22 mövsümünün finalında Madrid klubu “Liverpul”a 1:0 hesabı ilə qalib gəlib.
Bundan əvvəl də italiyalı mütəxəssis “Real Madrid”lə qalib olub (2013/14), “Milan”la isə iki dəfə (2002/03 və 2006/07) çempion olub.
K.Ançelotti, həmçinin ən çox bəynəlxalq kubok qazanan mütəxəssis oldu. Bu göstəriciyə görə o, Ser Aleks Ferqyuson, Covanni Trapattoni və Xosep Qvardiolanı (hər biri 8 titul) qabaqlayıb.