...

"Barselona" "Real"ı Çempionlar Liqasının qalibi olması münasibətilə təbrik edib

İdman Materials 29 May 2022 11:05 (UTC +04:00)
"Barselona" "Real"ı Çempionlar Liqasının qalibi olması münasibətilə təbrik edib

Bakı. Trend:

"Barselona" klubu "Real" (Madrid) klubunu UEFA Çempionlar Liqasının qalibi olması münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə klubun sosial şəbəkələrdəki paylaşımında deyilir.

"Bu axşam "Stad de Frans"da Çempionlar Liqasının qalibi olan "Real"ı təbrik edirik", - deyə paylaşımda deyilir.

Xatırladaq ki, ötən gün UEFA Çempionlar Liqasının final qarşılaşması keçirilib. Finalda İngiltərənin "Liverpul" klubu ilə İspaniyanın "Real" klubu üz-üzə gəliblər. Oyun İspaniya təmsilçilərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti