...

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə iştirak etmək üçün Xorvatiyaya gedib

İdman Materials 8 İyun 2022 11:11 (UTC +04:00)
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə iştirak etmək üçün Xorvatiyaya gedib

Bakı. Trend:

Azərbaycanın üzgüçülük üzrə milli komandası 9-13 iyun tarixlərində “GOLDEN ORLANDO” adlı beynəlxalq turnirdə iştirak etmək üçün 11 nəfər heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşüb.

Azərbaycan Üzgüçülük Federasiyasından Trend-ə verilən məlumata görə, bu yarış ölkəmizi Türkiyədə keçiriləcək İslam Oyunlarında təmsil edəcək milli komandanın üzvləri üçün kvalifikasiya vaxtlarını təsdiq etmək baxımından çox önəmlidir. “GOLDEN ORLANDO” beynəlxalq turnirində dünyanın bir çox ölkələrindən müxtəlif yaş kateqoriyalarında idmançılar qatılır və yarışlar Beynəlxalq Üzgüçülük Federasiyasının bayrağı altında keçirilir.

Federasiyadan onu da bildiriblər ki, bu turnir bitdikdən sonra komandanın bir qrup üzvü vətənə donəcək və 17-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək Açıq Yay çempionatına qatılacaq. Digər iki üzgüçümüz, Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov Macarıstanın Györ şəhərində Macarıstan yığması ilə birgə təlim məşq toplanışına qatılacaqlar. Toplaniş bitdikdən sonra hər iki üzgüçümüz iyunun 18-23-nə kimi Macarıstanda təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər. Dünya çempionatına vəsiqə qazanan hər iki üzgüçümüz yarışlarda uğurlu çıxış etmək və öz nəticələrini daha yüksəlmək üçün mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti