...

Gürcüstanda bolqar futbolçuları aparan avtobuslar qəzaya uğrayıb

İdman Materials 11 İyun 2022 10:49 (UTC +04:00)
Gürcüstanda bolqar futbolçuları aparan avtobuslar qəzaya uğrayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisidə futbol üzrə Bolqarıstan milli komandasını aparan avtobuslar qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində komandanın yarımmüdafiəçisi Todor Nedelev xəsarət alıb.

Qeyd olunur ki, qəza futbolçuları iki avtobusla hava limanından hotelə apararkən qeydə alınıb. Avtobuslardan birinin sürücüsü idarəetməni itirərək digər avtobusla toqquşub.

Xəsarət alan futbolçu xəstəxanaya yerləşdirilib. Digər idmançılar və nümayəndə heyətinin üzvləri zərər çəkməyib. Qəza ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bolqarıstan millisi iyunun 12-də UEFA Millətlər Liqası çərçivəsində Gürcüstan komandası ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti