...

Ferstappen "Formula 1" üzrə Avstriya Qran Prisinin sprint yarışının qalibi olub

İdman Materials 9 İyul 2022 19:26 (UTC +04:00)
Ferstappen "Formula 1" üzrə Avstriya Qran Prisinin sprint yarışının qalibi olub

Bakı. Trend:

"Red Bull" komandasının Niderlandlı pilotu Maks Ferstappen "Formula 1" üzrə Avstriya Qran Prisinin sprint yarışında birinci yeri tutub.

Trend-in məlumatına görə, ikinci yeri “Ferrari” komandasının pilotu Monakolu Şarl Lekler, üçüncü yeri isə Ş.Leklerin komanda yoldaşı ispaniyalı Karlos Sayns tutub.

Sprint yarışları üzrə xallar yarışın sonunda ilk səkkiz pilota verilir. Qalib səkkiz xal, səkkizinci olan isə bir xal qazanır. Bazar günü keçiriləcək yarışda pilotlar sprint yarışını bitirdikləri ardıcıllıqla start götürəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti