Bakı. Trend:
Gəncənin “Kəpəz” klubu daha bir futbolçunun transferini rəsmiləşdirib.
Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytında xəbər verilib.
Bildirilib ki, gürcüstanlı hücumçu Mixeil Ergemlidze Gəncə təmsilçisinin şərəfini qoruyacaq.
Sonuncu klubu “Sabah” olan 23 yaşlı forvardla birillik müqavilə imzalanıb.