...

“Qarabağ” - “Viktoriya” oyununun hakimləri açıqlanıb

İdman Materials 15 Avqust 2022 10:38 (UTC +04:00)
“Qarabağ” - “Viktoriya” oyununun hakimləri açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Qarabağ” və Çexiyanın “Viktoriya” (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

Trend AFFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Slavko Vinçicə Tomaz Klancnik və Andraj Kovacic laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Nejc Kajtazovic və Jure Praprotnik olacaqlar.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti