...

DÇ-2022: Braziliya və İsveçrə dünya çempionatının pley-off mərhələsinə yüksəlib (VİDEO)

İdman Materials 3 Dekabr 2022 01:08 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, Serbiya və İsveçrə komandaları arasında keçirilən qarşılaşmada İsveçrə millisi 3:2 hesablı qələbə qazanıb.

Beləliklə, İsveçrə xallarının sayını 6-ya çatdıraraq 1/8 final mərhələsinə yüksəlib.

G qrupunun digər oyununda Kamerun komandası Braziliya yığmasını minimal hesabla məğlub edib. Buna baxmayaraq, Braziliya millisi də 6 xalla qrupu birinci yerdə başa vurub və növbəti mərhələyə vəsiqəni təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti