...

Azərbaycanda iki futbolçu ömürlük diskvalifikasiya edildi

İdman Materials 19 Yanvar 2023 16:29 (UTC +04:00)
Azərbaycanda iki futbolçu ömürlük diskvalifikasiya edildi

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda iki futbolçu ömürlük diskvalifikasiya edilib.

Trend xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Qurumun İntizam Komitəsi danışılmış oyunlarda iştirakına görə MOİK-in futbolçuları Fərmayıl Əliyev və Emin Mehtiyevi cəzalandırıb. Hər iki oyunçu ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apelyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti