...

Türkiyə Superliqasında oyunların bərpa ediləcəyi tarix məlum olub

İdman Materials 10 Fevral 2023 02:47 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Superliqasında oyunların 3-4 mart tarixlərindən etibarən davam edəcəyi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) Mehmet Böyükekşi açıqlayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla, qonşu dövlətlərdə hiss edilib. Son məlumatlara görə, Türkiyədə 16,5 mindən çox insan ölüb, 66 mindən çox insan yaralanıb.

Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub. Həmçinin bütün idman yarışları təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti