...

Basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib

İdman Materials 22 Mart 2023 06:32 (UTC +04:00)
Basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib

Bakı. Trend:

“Sərhədçi” İdman Mərkəzində 2022-2023-cü il mövsümü üzrə basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib.

Trend xəbər verir ki, ilk oyun günündə iki qrup üzrə dörd qarşılaşma olub. Açılış oyunu A qrupunda qərarlaşmış "Sabah" və "Gəncə" komandaları arasında keçirilib. "Gəncə" 97:59 hesabı ilə rəqibini üstələyib. Ən məhsuldar basketbolçular "Sabah”dan Udun Osaku (15 xal, 3 ribaund ), "Gəncə"dən Əkbər Məmmədov (27 xal, 18 ribaund) seçiliblər.

B qrupu çərçivəsində NTD - "Olimpik Şəki" oyununda meydan sahibləri 94:83 hesabı ilə qalib gəliblər. Matçın ən məhsuldar basketbolçuları NTD-dən Zak Hadson (18 xal, 11 ribaund ), "Olimpik Şəki"dən Larri Robinson (24 xal, 8 asist) olublar.

A qrupu çərçivəsində "AAAF Xırdalan" - "Sərhədçi" matçı oynanılıb. Görüşdə Xırdalan təmsilçisi 86:69 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Deymon Makdouel (19 xal, 6 ribaund), "Sərhədçi"dən isə Brendon Miller (20 xal, 5 ribaund) seçiliblər.

B qrupunda yer alan "Zirvə Astara" və "Neftçi" komandalarının görüşü Bakı təmsilçisinin 93:76 hesablı qələbəsi ilə başa çatıb. Matçda ən məhsuldar basketbolçular "Zirvə Astara"dan (Derin Conson 27 xal, 6 asist ), "Neftçi”dən isə Davit Lomidze (24 xal, 5 riabund) olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti