...

Türkiyə Super Liqası: "Beşiktaş" derbidə “Fənərbağça"nı məğlub edib

İdman Materials 2 Aprel 2023 23:49 (UTC +04:00)
Türkiyə Super Liqası: "Beşiktaş" derbidə “Fənərbağça"nı məğlub edib

Bakı. Trend:

Aprelin 2-də futbol üzrə Türkiyə çempionatının 27-ci turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça" doğma meydanda "Beşiktaş”ı qəbul edib.

Trend xəbər verir ki, görüş "Beşiktaş"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları Enner Valensiya (41-ci dəqiqə, penaltidən), İrfan Kahveci (90 +5) vurublar. "Beşiktaş"ın heyətində Cenk Tosun (58,62), Natan Redmond (75), Vensan Abubakar (90 +1) fərqləniblər.

Görüşün 51-ci dəqiqəsində "Beşiktaş"ın oyunçusu Velinton qırmızı vərəqə alaraq meydanı tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti