...

İtaliya A Seriyası: "Milan" "Napoli"ni darmadağın edib

İdman Materials 3 Aprel 2023 01:28 (UTC +04:00)
İtaliya A Seriyası: "Milan" "Napoli"ni darmadağın edib

Bakı. Trend:

Futbol üzrə İtaliyanın hazırkı çempionu “Milan” 28-ci turun matçında səfərdə cari turnirin lideri “Napoli”yə 4:0 hesabı ilə qalib gəlib.

Trend-in məlumatına görə, qolları Rafael Leau (17-ci və 59-cu dəqiqə), Braim Diaz (25) və Aleksis Salemakers (67) vurub.

“Napoli” 28 oyundan sonra 71 xalla İtaliya çempionatının cədvəlinə başçılıq edir və ikinci yerdə qərarlaşan “Latsio"nu 16 xal qabaqlayır. “Milan” üç oyunluq qələbəsiz seriyasına son qoyub. Hazırkı ölkə çempionları 51 xal toplayaraq üçüncü pilləyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti