...

Bakı Gimnastika Arenasında yarışların keçirilməsi üçün əla şərait yaradılıb - İsrailli məşqçi

İdman Materials 15 Aprel 2023 15:31 (UTC +04:00)
Bakı Gimnastika Arenasında yarışların keçirilməsi üçün əla şərait yaradılıb - İsrailli məşqçi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Gimnastika Arenasında yarışların keçirilməsi üçün əla şərait yaradılıb.

Bu barədə şənbə günü Trend-ə yetirməsi Bakıda keçirilən bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin iştirak edən israilli məşqçi Yevgeniya Morqovski deyib.

"Azərbaycanda yarışlar həmişə əla təşkil olunub və gimnastların hazırlığı üçün sadəcə ideal şərait yaradılıb. Biz Bakıda keçirilən yarışlarda iştirak etməyi çox sevirik, çünki idmançılar burada həmişə rahatdırlar", - o deyib.

Y.Morqovski qeyd edib ki, AGF Trophy Beynəlxalq turnirində İsrailin adından fərdi proqramda və qrup məşqlərində komandada çıxış edən iki gimnastın təmsil etdiyi gənclərdən ibarət yığma iştirak edir.

"Bütün idmançılar yaxşı çıxış etməyə, layiqli nəticə göstərməyə çalışırlar. Bir neçə gündən sonra İsrailin bədii gimnastika üzrə böyüklərdən ibarət yığması Bakıya təlim-məşq toplantısına gələcək. Toplantılardan sonra gimnastlar Bakıda Dünya Kubokunda çıxış edəcəklər", - deyə o əlavə edib.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edəcək. Gənc bədii gimnastlarla yanaşı, böyükyaşlı bədii gimnastlar da çıxış edirlər.

Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti