...

Qəbələdə məktəb ərazisində yanğın olub

İdman Materials 22 Aprel 2023 01:04 (UTC +04:00)

Bakı. Trend:

Qəbələ rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Bayramkoxalı kəndində tam orta məktəbin ərazisində ümumi sahəsi 176 m² olan birmərtəbəli idman zalının dam örtüyünün taxta atmaları 60 m² sahədə və yaxınlıqda yığılan 8 m³ odunun 1 m³ yanıb. İdman zalının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti