...

"Ferrari" komandasının pilotu yarışı yarımçıq dayandırıb

İdman Materials 28 Aprel 2023 14:23 (UTC +04:00)
"Ferrari" komandasının pilotu yarışı yarımçıq dayandırıb

Bakı. Trend:

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sərbəst yürüşündə "Ferrari" komandasından olan Çarles Leklerin idarə etdiyi boliddə problem yaranıb.

Trend-in məlumatına görə, nəticədə o, yarışdakı mübarizəsini yarımçıq dayandırıb.

Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürür.

28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti