...

“Kəpəz” klubu yoxlama oyununda qalib gəlib

İdman Materials 26 İyul 2023 02:34 (UTC +04:00)
“Kəpəz” klubu yoxlama oyununda qalib gəlib

Bakı. Trend:

Yeni mövsümə hazırlaşan "Kəpəz" futbol klubu növbəti yoxlama oyununu keçirib.

Trend-in məlumatına görə, Gəncə təmsilçisi "Səbail-2" ilə qarşılaşıb. Oyun "Kəpəz"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Kəpəz"in heyətində Junior Martins dubl edib. Digər qolları isə Abdulayi Şuaybu və Ehtiram Şahverdiyev vurublar.

Qeyd edək ki, "Kəpəz" bu yay yoxlama oyunlarında "Araz-Naxçıvan"la heç-heçə edib, "Zirə"yə və "Səbail"ə uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti