...

“Fənərbağça” Türkiyə Superliqasında qələbə seriyasını darmadağınla davam etdirib

İdman Materials 1 Oktyabr 2023 20:03 (UTC +04:00)
“Fənərbağça” Türkiyə Superliqasında qələbə seriyasını darmadağınla davam etdirib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib.

Trend-in məlumatına görə, çempionluğa iddialı “Fənərbağça” doğma meydanda “Rizespor”u sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.

Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn “Fənərbağça” maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan “Rizespor” isə yeddinci pillədə qərarlaşıb.

Bu matçla eyni vaxtda başlayan “Karagümrük” – “Kasımpaşa” görüşündə qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti