...

“Liverpul” Luis Diasa yeni müqavilə təklif edəcək

İdman Materials 13 Aprel 2024 01:33 (UTC +04:00)

Bakı. Trend:

“Liverpul” Luis Diasa yeni müqavilə təklif edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, klub kolumbiyalı futbolçunun maaşını artırmağı planlaşdırır.

Diasın “qırmızılar”la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Liverpul” bir çox Avropa klublarının diqqət mərkəzinə düşən Luisin məvacibini artırmaqla onu komandada saxlamaq istəyindədir.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsümdə 43 matçda meydana çıxıb. Dias 13 qol və 4 ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti