Bakı. Trend:
Honkonqda keçirilən basketbolun 3x3 növü üzrə qadınların Olimpiya Təsnifat Turnirinin ən məhsuldar oyunçuları bəlli olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın qalibi olan Azərbaycan millisinin üç basketbolçusu “Top-10”da yer alıb.
Aleksandra Mollenhauer 26 xalla turnirin 4-cü bombardiri olub. Millimizə eyni xalla töhfə verən Tiffani Hayes sıralamada 5-cidir. 19 xal toplayan Dina Ulyanova bu göstəricidə 9-cu yeri tutub. Komandamızın digər üzvü Mersedes Uolker siyahıda 23-cü olub.
Qeyd edək ki, turnirin ən yaxşı bombardiri Marisa Li Kastanek olub. Polşalı basketbolçu 33 xal yığıb.