...

Azərbaycan çempionatının keçirilmə vaxtı dəyişdirilib

İdman Materials 14 İyun 2024 13:50 (UTC +04:00)

Bakı. Trend:

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının keçirilmə vaxtı dəyişdirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası verib.

Su İdman Sarayında təşkil olunacaq ölkə çempionatının iyunun 25-28-də keçirilməsi nəzərdə tutulmuşdu. Lakin yarışın iyulun 16-19-da baş tutması qərara alınıb.

Bu dəyişikliklərə Şərqi Avropa Zonal Assosiasiyasının yarışları, həmşinin gələn ayın əvvəlində başlayacaq Avropa Voleybol Konfederasiyasının yaş qrupları üzrə turnirlərinə hazırlıq səbəb olub.

Buna görə də ölkə çempionatında iştirak edəcək komandaların qeydiyyatı da uzadılacaq.

Xəbər lenti

Xəbər lenti