...

Təklif gülünc idi - Kvirkviya "Kəpəz"dən incik gedir

İdman Materials 17 İyun 2024 12:29 (UTC +04:00)

Bakı. Trend:

Məqsədim güclü çempionata getmək və özümü göstərməkdir.

Trend xəbər verir ki, bunu İdman.biz-ə "Kəpəz"in sabiq futbolçusu Mate Kvirkviya deyib.

Gürcüstanlı yarımmüdafiəçi bildirib ki, klubdan ayrılmaq onun istəyi olmayıb: "Gəncə təmsilçisindən getməyimin bir çox səbəbi var. Onu deyə bilməyəcəm. Ürəyim qırılıb. Ən yaxşı komandamdan ayrıldım. Gəncədə və "Kəpəz"də keçirdiyim vaxtı ən gözəl illər kimi xatırlayacağam".

Kvirkviyanın sözlərinə görə, ölkəmizdə ona təkliflər olsa da, qəbul etməyib: “Bu, gülünc idi və ona görə də razılaşmadım".

Qeyd edək ki, Kvirkvia ötən mövsüm "Kəpəz"in heyətində meydana çıxdığı 30 oyunda 5 qol, 7 asisstlə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti