...

Başqa təkliflərim də var - Türkiyəli baş məşqçi

İdman Materials 17 İyun 2024 13:25 (UTC +04:00)

Bakı. Trend:

“Xəzri” baş məşqçisi Murat Dikmənlə müqaviləsini yeniləməyib.

Trend xəbər verir ki, türkiyəli mütəxəssisin İdman.biz-ə verdiyi məlumata görə, özü anlaşmanı imzalamağa tələsmir.

Azərbaycan Basketbol Liqasının gümüş medalçısı bildirib ki, klubun hədəfləri dəqiqləşdikdən sonra qərarını verəcək: “Yeni mövsümdən də çempionluq üçün oynayıb-oynamayacaqları və büdcənin necə olacağını gözləyirəm. Yalnız bunlardan sonra yeni müqavilə imzalana bilər”.

Onun sözlərinə görə, Azərbaycanda işinə davam etmək arzusundadır: “Kosovonun “Priştina”, Slovakiyanın “Komarno”, Çexiyanın “Brno” və Türkiyənin “Esenler Erol”, “Çayırova” klubları ilə yanaşı, ölkənizdən də təkliflər var. Azərbaycanda qalmaq istəyirəm. 15 gün ərzində hər şey bəlli olacaq”.

Qeyd edək ki, “Xəzri” Dikmənin rəhbərliyi altında finala kimi irəliləyib. Komanda həlledici seriyada “Sabah”a uduzaraq ikinci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti