...

Millimiz Avropa birinciliyində 18 medal qazanıb

İdman Materials 24 İyun 2024 05:06 (UTC +04:00)
Millimiz Avropa birinciliyində 18 medal qazanıb

Bakı. Trend:

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatıb.

Trend xəbər verir ki, Azərbaycan yığması 18 medal qazanıb.

Təmsilçilərimiz yarışda 8 qızıl, 5 gümüş və 5 bürünc əldə ediblər. Qızların mübarizəsində Nuray Əbilova 1 gümüş (U-15, 40 kq), Malikə Biçekuyeva 2 bürünc (U-15, 55 kq), oğlanlarda isə Kamran Xappayev 3 qızıl (U-15, 61 kq), Elman Kurdanov 2 gümüş və 1 bürünc (U-15, 67 kq), İsa Əliyev 2 qızıl və 1 gümüş (U-15, 73 kq), Aslan Əmiraslanov 3 qızıl (U-15, 89 kq), Muhəmmədəli Məmmədzadə (U-15, 96 kq) isə 1 gümüş və 2 bürünc medal qazanıb.

U-15 yaş qrupunda Azərbaycan yığması komanda hesabında 2-ci yeri tutub. 709 xal toplayan millimiz Türkiyə, Polşa, Bolqarıstan kimi ölkələri qabaqlayıb. 1-ci pillədə 742 xalla Gürcüstan qərarlaşıb.

Qeyd edək ki, Avropa birinciyində 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı mabarizə aparıb.

Xəbər lenti

Xəbər lenti