...

Türkiyə yığmasının qapıçısı zədələnib

İdman Materials 24 İyun 2024 16:16 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə yığması qapıçısı Doğan Alemdarı itirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, qolkiper məşq zamanı zədələnib.

Onun dizinin ön çarpaz bağlarında qopma əmələ gəlib. Bu səbəbdən də 21 yaşlı qolkiper yığmadan ayrılıb. Onu “Başakşəhər”dən Muhammed Şəngəzər əvəzləyib.

Qeyd edək ki, F qrupunun son oyununda Türkiyə iyunun 26-da Çexiya ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti