...

“İnter” tarixində İLK

İdman Materials 13 İyul 2024 13:05 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın “İnter” klubu heyətini iranlı futbolçu Mehdi Taremi ilə gücləndirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı iranlı futbolçu İtaliya klubu ilə 2027-ci il iyunun 30-na kimi müqavilə imzalayıb. Taremi "Portu" ilə müqaviləsi bitdikdən sonra azad agent kimi "İnter"ə keçib. Mehdi "neradzurri"nin tarixinə ilk iranlı futbolçu kimi düşüb.

Qeyd edək ki, hücumçu 2020-ci ildən Portuqaliya klubunda çıxış edib. O, “əjdahalar”ın heyətində 182 oyunda 91 qol vurub. Taremi İran millisində isə 86 oyunda 49 qolla yadda qalıb.

Xəbər lenti

Xəbər lenti