...

Ermənistanla oyuna tam hazırıq - Baş məşqçi

İdman Materials 25 İyul 2024 13:55 (UTC +04:00)

Bakı. Trend:

Moldova ilə qarşılaşmanın əvvəlini və ortasını çox yaxşı keçirdik.

Trend xəbər verir ki, bunu İdman.biz-ə basketbolçu oğlanlardan ibarət Azərbaycanın U-18 millisinin baş məşqçisi Anar Sarıyev deyib.

Gənc mütəxəssis Avropa çempionatında C divizionunun ilk oyununda Moldovanı 87:76 hesabı ilə məğlub etdikləri matçı şərh edib. O bildirib ki, dəyişikliklər nəticəyə təsir göstərib: “İstəyimiz bütün heyəti - 12 nəfərin hamısını oynatmaq idi. Çünki hər basketbolçunun meydana çıxması, təcrübə toplaması bizim üçün çox vacibdir. Bəzi epizodlarda geri düşməyimizin səbəbi də məhz rotasiyalar idi. Amma sonda qələbə qazandığımız üçün şadam”.

Sarıyev Ermənistana qarşı keçirəcəkləri matçı da dəyərləndirib: “Bu oyuna tam hazırıq. Komandada əhval-ruhiyyə çox yaxşıdır. Qələbə qazanıb, bunu Azərbaycan xalqına həsr edəcəyik”.

Qeyd edək ki, Albaniyada keçirilən yarışda Azərbaycan – Ermənistan matçı bu gün saat 18:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti