Bakı. Trend:
18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, C divizionunda çıxış edən yığmamız B qrupunda son matçında Ermənistanla görüşüb.
Hər iki komanda yarımfinala vəsiqəni təmin etdiyindən qarşılaşma B qrupunun liderini müəyyənləşdirib. Baş məşqçi Anar Sarıyevin yetirmələri Albaniyadakı turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. Millimiz ermənilərlə görüşü hesabı ilə qalib bitiriblər.
Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 27-də baş tutacaq.
Avropa çempionatı, C divizionu
B qrupu, III tur
25 iyul
18:00. Azərbaycan – Ermənistan - 76:69 (20:12, 25:23, 11:19,
20:15)
Tomorr Sinani İdman Sarayı
| 1 | Azərbaycan | 2 | 2 | 0 | 163-145 | 4 | 
| 2 | Ermənistan | 2 | 1 | 1 | 157-148 | 3 | 
| 3 | Moldova | 2 | 0 | 2 | 148-175 | 2 | 
