...

Açılış mərasimindən öncə bomba şoku - Paris 2024

İdman Materials 26 İyul 2024 15:34 (UTC +04:00)

Bakı. Trend:

Paris-2024 Yay Olimpiya Oyunlarının açılışına saatlar qalmış Fransada bomba şoku yaşanıb.

Trend-in İdman.biz-ə istinadən məlumatına görə, dördilliyin ən mötəbər yarışının ev sahibinin İsveçrə ilə sərhədindəki Bazel-Myluz Hava Limanında partlayıcı maddə olduğu xəbəri verilib.

Bundan sonra hüquq-mühafizə orqanları hava limanını tamamilə boşaldıblar. Yoxlanışlardan sonra günorta saatlarında aeroport yenidən sərnişinlərin ixtiyarına verilib.

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti