...

Qaşıma görə üzülürəm, amma bu, finalı idi - Olimpiya çempionu

İdman Materials 10 Avqust 2024 13:50 (UTC +04:00)
Qaşıma görə üzülürəm, amma bu, finalı idi - Olimpiya çempionu

Bakı. Trend:

Qaşıma görə üzülürəm, amma bu, Olimpiya finalı idi.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu cənubi koreyalı taekvondoçu Park Tae-Jun (58 kq) deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu 58 kq çəkidə keçirilən final görüşünü xatırlayıb. O, Azərbaycan idmançısı Qaşım Maqomedovun zədələnməsindən sonrakı davranışına aydınlıq gətirib: “Azərbaycandan olan rəqibimin döyüş tərzi hücum və gücə üstünlük verilməsindən ibarətdir. Epizodların birində baldırlarının toqquşmasından sonra Maqomedov dayanqın üzərinə yıxıldı. "Bağışla" dedim və Qaşım "problem yoxdur, bu idmandır" cavabını verdi. Ona görə üzgünəm. Amma bütün diqqətim döyüşə yönəlmişdi”.

Qeyd edək ki, ikinci raundda Park idmançıya yaraşmayan şəkildə davranaraq yıxılan Maqomedovun kürəyindən ayaq zərbəsi endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti