...

UEFA Millətlər Liqası: Türkiyə millisi İslandiyanı məğlub edib

İdman Materials 10 Sentyabr 2024 00:50 (UTC +04:00)
UEFA Millətlər Liqası: Türkiyə millisi İslandiyanı məğlub edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Millətlər Liqasında 2-ci turun növbəti oyunları keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Türkiyə yığması növbəti matçına çıxıb.

"Ay-ulduzlular" öz meydanında İslandiya ilə qarşılaşıblar. Kerem Aktürkoğlunun het-trik etdiyi oyunda Türkiyə millisi 3:1 hesabı ilə qalib gəlib.

İlk turda uduzan Fransa doğma azarkeşlər qarşısında Belçikanı məğlub edib. İtaliya isə İsrailə oyunda 2:1 hesablı qələbə qazanıb.

UEFA Millətlər Liqası
9 sentyabr
A Liqası

2-ci qrup
22:45 Fransa – Belçika - 2:0
22:45 İsrail – İtaliya - 1:2

Turnir vəziyyəti: İtaliya – 6, Fransa – 3, Belçika – 3, İsrail - 0 xal.

B Liqası
3-cü qrup

22:45 Norveç – Avstriya - 2:1
22:45 Sloveniya – Qazaxıstan - 3:0

Turnir vəziyyəti: Sloveniya – 4, Norveç – 4, Avstriya – 1, Qazaxıstan – 0 xal.

4-cü qrup
22:45 Türkiyə – İslandiya - 3:1
22:45 Monteneqro – Uels - 1:2

Turnir vəziyyəti: Türkiyə – 4, Uels – 4, İslandiya – 3, Monteneqro – 0 xal.

C Liqası
2-ci qrup

20:00 Kipr – Kosova - 0:4
22:45 Rumıniya – Litva - 3:1

Turnir vəziyyəti: Rumıniya – 6, Kosova – 3, Kipr – 3, Litva – 0 xal.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti