Bakı. Trend:
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo İngiltərəyə qayıda bilər.
Trend xəbər verir ki, portuqaliyalı mütəxəssis yenidən Premyer Liqada işləmək arzusundadır. Bu barədə "Guardian" nəşri məlumat yayıb.
Mourinyo, "Nyukasl"ın baş məşqçisi Eddi Hou ilə yollarını ayıracağı gözlənildiyindən, bu komandada işləməyi düşünür.
Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlindən "Fənərbaxça"ya rəhbərlik edir. 61 yaşlı məşqçi, daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Yunayted" və "Tottenhem" klublarında çalışıb.