Misli Premyer Liqasında XX tura yekun vurulacaq

İdman Materials 26 Yanvar 2025 11:14 (UTC +04:00)
Misli Premyer Liqasında XX tura yekun vurulacaq

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XX tura yekun vurulacaq.

Trend-in məlumatına görə, ilk olaraq meydana “Araz-Naxçıvan” və “Neftçi” komandaları çıxacaqlar. "Liv Bona Dea Arena"dakı görüş saat 16:00-da başlayacaq.

Günün ikinci oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma saat 18:30-da start götürəcək.

Hazırda "köhlən atlar" 50 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Naxçıvan təmsilçisi 39 xalla ikinci, Tovuz klubu 32 xalla dördüncü, "ağ-qaralar" isə 18 xalla yeddinci sırada yer alıb.

Qeyd edək ki, XX turun açılış matçında “Zirə” səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib. Digər görüşlərdə isə "Səbail" doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib, "Sabah" - "Sumqayıt" qarşılaşmasında isə qolsuz heç-heçə qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti