Bakı. Trend:
İspaniya La Liqasında 28-ci turun qarşılaşmaları başa çatıb.
Trend-in məlumatına görə, "Betis", "Atletik" və "Xetafe" səfər oyunlarından üç xal qazanıblar.
Turun ən diqqətçəkən matçında "Barselona" Madriddə "Atletiko" ilə qarşılaşıb. İki top fərqi ilə geridə qalan kataloniyalılar sonradan dörd qol vuraraq möhtəşəm qələbə qazanıblar (4:2) və turnir cədvəlində liderliyi yenidən ələ alıblar.