...

Azərbaycan futbol millisi Haitiyə məğlub olub

İdman Materials 22 Mart 2025 23:50 (UTC +04:00)
Azərbaycan futbol millisi Haitiyə məğlub olub

Bakı. Trend:

Futbol üzrə Azərbaycan millisi Haiti yığması ilə yoldaşlıq oyunu keçirib.

Trend-in məlumatına görə, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 2025-ci ilin ilk matçında rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edib.

Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan seçməsi yoldaşlıq oyununda martın 25-də Masazırda Belarus komandası ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti