...

Azsığorta qəza komissarlarının növbəti toplantısı keçirilib (FOTO)

İqtisadiyyat Materials 24 Avqust 2016 12:49 (UTC +04:00)
Azsığorta qəza komissarlarının növbəti toplantısını keçirib.
Azsığorta qəza komissarlarının növbəti toplantısı keçirilib (FOTO)

Bakı. Trend:

Azsığorta qəza komissarlarının növbəti toplantısını keçirib.

Azsığortadan Trend-ə verilən məlumata görə,20-21 avqust 2016-ci il tarixində baş tutan bu toplantının məqsədi “Dələduzluq, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismari qaydalari əleyhinə olan cinayətlər” mövzusunda təlimin keçirilməsi idi.

Hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Kərimli tərəfindən aparılan bu təlim Azsığorta şirkətinin qəza komissarlarının peşəkarlıq səviyyəsinin artırılması çərçivəsində atılan növbəti bir addımdır.

Qeyd edək ki, şirkət, bu istiqamətdə mütamadi olaraq iş aparır – birinci belə toplantı keçən ilin noyabr ayında “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilatı əsasları” mövzusuna, ikincisi isə bu ilin may ayında qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsinin “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə həsr edilmişdir.
 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti