...

4-cü Beynəlxalq Caspian Energy Forum-2016-da 200-dən artıq nümayəndə qeydiyyatdan keçib

İqtisadiyyat Materials 7 Sentyabr 2016 12:16 (UTC +04:00)
15 ölkədən 200-dən artıq nümayəndə dekabrın 7-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2016-da iştirak etmək üçün qeydiyyatdan keçib.
4-cü Beynəlxalq Caspian Energy Forum-2016-da 200-dən artıq nümayəndə qeydiyyatdan keçib

Bakı. Trend:

15 ölkədən 200-dən artıq nümayəndə dekabrın 7-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2016-da iştirak etmək üçün qeydiyyatdan keçib.

Caspian European Club-dan Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturları, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin beynəlxalq şirkət rəhbərləri iştirak edəcəklər.

Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, forum üç sessiyadan ibarət olacaq.

“İqtisadi islahatlar – 2016. İlkin nəticələr” adlı birinci sessiya “Dünya bazarlarında böhran şəraitində iqtisadiyyatın inkişaf perspektivləri, iqtisadiyyatda islahatlar”, “Özəl sektorun stimullaşdırılması yolları və ixracyönümlü sahələrin inkişafı” kimi mövzuları əhatə edəcək.

“Əsas layihələr. Azərbaycanın enerji sektorunun investisiya cazibədarlığı” adlı ikinci sessiya çərçivəsində aşağıdakı məruzələr təqdim olunacaq: “Xəzərin Azərbaycan sektorunun əsas yataqları. Perspektivli sahələrin kəşfinin ilkin nəticələri”, “Downstream sahəsində əsas ixracyönümlü layihələr”, “Bərpaedilən enerji, külək elektrik stansiyaları, termal günəş stansiyaları, geotermal və hidroenerji layihələri”.

“İnkişafın xammal modelindən ixracyönümlü modelinə keçid” adlı üçüncü sessiya çərçivəsində aşağıdakı məruzələr nəzərdən keçiriləcək: “Sənaye parklarının inkişafı, Azərbaycan iqtisadiyyatının investisiya cazibədarlığı”, “Stimullaşdırma ilə bağlı vergi tədbirləri”, “Azərbaycanda kiçik və orta biznesin inkişafı – iqtisadiyyatın rəqabətədavamlılığının əsası”, “Azərbaycan və Aİ arasında strateji partnyorluq barədə saziş - əməkdaşlığın institusional perspektivləri, Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının prinsipləri”, “Maliyyə sabitliyi – iqtisadiyyatın aparıcı sahələrinin investisiya cazibədarlığının əsası”, “Bank sektorunun rəqabətədavamlılığı, açıq iqtisadiyyatın əsasları”, “Aparıcı nəqliyyat layihələri – “Şimal-Cənub” və “Bir qütb – bir yol – Böyük İpək yolu”, onların həyata keçirilmə mərhələləri”, “Pekinlə London arasında – birləşmə, hab, tarif siyasəti, perspektivli yük axını”, “Bakı-Tbilisi-Qars magistralının işə salınması, layihənin perspektivləri”.

Caspian European Club (Caspian Business Club) sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən dinamik inkişaf edən ən nəhəng regional təşkilatdır.

Caspian European Club (Caspian Business Club) Azərbaycanda ayda iki dəfə, digər Xəzər-Qara dəniz regionu ölkələrində ayda bir dəfə biznes-forum və dəyirmi masalar təşkil edir. Həmin tədbirlər çərçivəsində sahibkarlara dövlət qurumlarının iştirakı ilə biznes problemlərini müzakirə etmək və onların həlli üzrə təkliflər irəli sürmək imkanı yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti