...

Avqustda Ceyhan limanından 2,4 mln. tondan artıq neft dünya bazarlarına çıxarılıb

İqtisadiyyat Materials 7 Sentyabr 2016 13:47 (UTC +04:00)
Avqust ayı ərzində 2 milyon 474 min 405 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Avqustda Ceyhan limanından 2,4 mln. tondan artıq neft dünya bazarlarına çıxarılıb

Bakı. Trend:

Avqust ayı ərzində 2 milyon 474 min 405 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 273 min 708 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 20 milyon 103 min 252 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 311 milyon 297 min 24 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti