...

Avqustda BTC kəməri ilə 2,5 mln. ton Azərbaycan nefti nəql olunub

İqtisadiyyat Materials 7 Sentyabr 2016 13:49 (UTC +04:00)
Avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 497 min 967 ton Azərbaycan nefti nəql olunub.
Avqustda BTC kəməri ilə 2,5 mln. ton Azərbaycan nefti nəql olunub

Bakı. Trend:

Avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 497 min 967 ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, cari ilin yanvar- avqust aylarında bu kəmərlə 19 milyon 987 min 531 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il sentyabr ayının 1-ə qədər BTC-yə 312 milyon 662 min 920 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin avqust ayında BTC kəməri ilə 346 min 20 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti