...

Vergi mədəniyyətinin formalaşmasında medianın rolu müzakirə edilib

İqtisadiyyat Materials 8 Sentyabr 2016 18:31 (UTC +04:00)

Bakı. Trend:

Bu gün “Vergilər” qəzetinin təşəbbüsü ilə Vergilər Nazirliyində “Vergi mədəniyyətinin formalaşmasında medianın rolu” mövzusunda "dəyirmi masa" keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, "dəyirmi masa"da Vergilər Nazirliyinin struktur vahidlərinin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin və jurnalistlərin ictimai birliklərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev kütləvi informasiya vasitələrinin vergi təbliğatında mühüm rolu olduğunu qeyd edərək, Vergilər Nazirliyinin KİV ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli internet medianın və sosial şəbəkələr sisteminin inkişafı sayəsində informasiya axınının əhəmiyyətli şəkildə çoxaldığını qeyd edib və məlumatların alınması isə bağlı çətinlik olmasa da, qanunvericiliyə edilmiş dəyişikliklərin şərhi, onların interaktiv şəkildə cəmiyyətə çatıdırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Vergilər Nazirliyinin struktur vahidlərinin rəhbər vəzifəli şəxsləri vergi sistemində aparılan işlər, həyata keçirilən layihələr barədə "dəyirmi masa" iştirakçılarına ətraflı məlumat veriblər.

Trend informasiya agentliyinin redaktoru İlahə Məmmədli məlumatların cəmiyyətə çatdırılmasında yeni innovativ metodların tətbiqi, medianın məlumatların əldə edilməsi prosesinin daha da asanlaşdırılması üçün atıla biləcək addımlar barədə danışıblar.

Tədbirdə vergi mədəniyyətinin formalaşması, Vergilər Nazirliyi ilə KİV arasında əlaqələrin daha da dərinləşdirilməsi, vergi təbliğatının qurulması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti