...

Nəzarət markalarının tətbiqinə başlanıldı

İqtisadiyyat Materials 28 Sentyabr 2016 15:04 (UTC +04:00)
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun icrasını təmin etmək məqsədilə Müəllif Hüquqları Agentliyi tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün nəzarət markalarının verilməsinə başlanılıb.
Nəzarət markalarının tətbiqinə başlanıldı

Bakı. Trend:

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun icrasını təmin etmək məqsədilə Müəllif Hüquqları Agentliyi tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün nəzarət markalarının verilməsinə başlanılıb.

Bu barədə Trend-ə Agentlikdən məlumat verilib.

Nəzarət markalarının tətbiqi Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.

Nəzarət markalarının tətbiqi əqli mülkiyyət məsulları bazarında piratçılığın səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı salınmasına imkan yaradacaq.

Artıq Təhsil Nazirliyinin müvafiq icazəsi əsasında dərsliklərin satış üçün əlavə nüsxələrinin çapına icazə almış bir sıra nəşriyyatların, o cümlədən “Şərq-Qərb” ASC, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC, “Radius”MMC, “Aspoliqraf LTD” MMC və “Altun-Kitab nəşriyyatı”ının müraciətləri əsasında onlara Müəllif Hüquqları Agentliyi tərəfindən nəzarət markalarının verilməsi təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti