Bakı. Trend:
A-Qroup sığorta şirkəti öz vəsaitlərini artırır və nizamnamə kapitalını 2 000 000 AZN-ə çatdırır. Şirkətdən Trend-ə verilən məlumata görə, bu qərar səhmdarların yığıncağında qəbul edilib.
Hazırda A-Qroup-un nizamnamə kapitalı 8 005 750 AZN təşkil edir. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasında lazımi prossedurlardan keçəndən sonra A-Qroup-un nizamnamə kapitalı 10 000 000 AZN-dək artırılır. A-Qroup-un nizamnamə kapitalının artırılması onun maliyyə sabitliyinin göstəricisidir. A-Qroup-un müştəriləri üçün kapitalın artırılması - sabitlik və etibrlılıq deməkdir, çünki kapitalın artması ödəniş qabiliyyətinin zəmanətidir.
A-Qroup dinamik inkişaf edir, 20 ildən artıqdır ki, sığorta bazarında uğurlu fəaliyyət göstərir, 14 könüllü sığorta növü üzrə fiziki və korporativ müştərilərə geniş spektrlı sığorta xidmətləri göstərir.