...

BTC ilə 2,5 milyon tona yaxın Azərbaycan nefti nəql olunub

İqtisadiyyat Materials 6 Fevral 2017 12:47 (UTC +04:00)
Yanvar ayında BTC kəməri ilə 2,5 milyon tona yaxın Azərbaycan nefti nəql olunub.
BTC ilə 2,5 milyon tona yaxın Azərbaycan nefti nəql olunub

Bakı. Trend:

Yanvar ayında BTC kəməri ilə 2,5 milyon tona yaxın Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 412 min 263 ton Azərbaycan nefti nəql olunub.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər BTC-yə 323 milyon 950 min 325 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin yanvar ayında BTC kəməri ilə 935 min 880 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti