...

BSC-nin növbəti seminarı uğurla başa çatıb (FOTO)

İqtisadiyyat Materials 31 Mart 2017 12:37 (UTC +04:00)
“Əmək müqavilələrinə xitam verilməsinin əsasları və qaydaları” seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
BSC-nin növbəti seminarı uğurla başa çatıb (FOTO)

Bakı. Trend:

BSC Consulting & Outsourcing şirkəti, təlim və seminarlar silsiləsini uğurla davam etirməkdədir. Bu gün, 11:00-da İnsan Resursları departamentinin təşəbbüsü ilə növbəti seminarı baş tutub. “Əmək müqavilələrinə xitam verilməsinin əsasları və qaydaları” adlı növbəti seminarı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Seminarın açılışını edən BSC Group şirkətinin İnsan Resursları departamentinin direktoru Təhminə Dəmirova, gələn iştirakçılara bu günkü seminarın şirkətlər üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulamış və çıxış üçün BSC Consulting & Outsourcing şirkətinin Əmək hüququ üzrə aparıcı hüquqşünas Gülzar Mütəllimovanı təqdim etmişdir.

Bildiyimiz kimi, indiki dövrdə bir çox şirkətlərin üzləşdiyi problemlərdən biridə işəgötürən tərəfindən əmək müqavilələrinə xitam verilməsidir. Belə ki, müəssisə ləğv edildikdə, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda işəgötürən tərəfindən əmək müqaviləsinin hansı əsaslarla ləğv edilməsindən bəhs edilmişdir.

İlkin olaraq qeyd olundu ki, Əmək müqaviləsinə xitam verilməsi – işçi ilə işəgötürən arasında mövcud olan əmək münasibətlərinin və əlaqələrinin bitməsidir. Əmək Məcəlləsinin 68-ci maddəsinə uyğun olaraq, əmək müqaviləsində; “tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddəti bitməsi, əmək şəraitinin şərtləri dəyişdirilməsi, müəssisənin mülkiyyətçisi dəyişilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar mövcudluğu, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi xüsusi hallarda” xitam verilə bilər.

Daha sonra əlavə olundu ki, “İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallardaərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.”

Qeyd etdiyimiz kimi, seminarda ölkənin aparıcı şirkətlərinin HR rəhbərləri və direktorları (Coca-Cola, Province Doytch AG şirkətinin yerli nümayəndəsi, Technoil, Faraon, Gravity, Arazrənk, Materia Medica Holdinq, Nihat Bebe, Səhhət Klinikası, SOS Klinikası) iştirak etmişdir.

BSC Consulting & Outsourcing - Artq 20 ildir öz sektorunda fəaliyyət göstərən şirkət, öz xidmətləri ilə böyük müştəri məmnuniyyəti qazanmışdır. Maliyyə, mühasibatlıq, insan resursları, hüquq vəmarketinq sahəsində xüsusi ixtisaslaşmış komanda ilə fəaliyyət göstərən Business Service Center autsoursinq ənənsinin formalaşmasında xüsusi rol oynayır. 20 il ərzində 40 – dan çox daimi müştəri qazanaraq öz xidmətlərini təqdim edən şirkət, bu müddət ərzində böyük komandası ilə yüzlərlə müxtəlif tipli şirkətlərə də öz dəstəyini göstərmişdir. Satışın hüquqi tənzimlənməsi, debutor-kreditor borclar üzrəfəaliyyətin qurulması və izlənilməsi, iş yükünün dəyərləndirilməsi, müasir maliyyə-mühasibatlıq sisteminin qurulması və icrası kimi bir çox xidmətləri ilə bütün biznes sferasına xidmət göstərən “BSC Consulting & Outsourcing Company” öz xidmətlərini sizə təqdim etməkdən böyük məmnunluq duyur.Şirkətin fəaliyyəti, müştəri portfeli haqqında daha ətraflı məlumatı isə http://www.bsc.az/ ünvanından və ya sosial hesablarımızdan əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti