...

Zaqatala Barama Toxuma zavodu özəlləşdirilib (FOTO)

İqtisadiyyat Materials 18 Aprel 2017 10:47 (UTC +04:00)
Hərracda özəlləşdirilən əmlaklar əlverişli biznes obyektləridir
Zaqatala Barama Toxuma zavodu özəlləşdirilib (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisəsi və 14 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Qeyri-yaşayış sahələrinin 6-sı paytaxtda 8-i isə regionlarda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, 1-i Nərimanaov, 1-i Nizami, 1- Sabunçu sonuncusu isə Yasamal rayonu ərazisindədir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 2 kiçik dövlət müəssisəsi Zaqatala və Qax rayonunda yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Zaqatalada yerləşən Barama Toxuma zavodu oldu. Adı çəkilən əmlak 510 min 750 manata özəlləşdirilib. Əmlak torpaq sahəsi ilə birgə özələşdirilib. Torpaq sahəsi 18 min 350 kv.m təşkil edir. Növbəti kiçik dövlət müəssisəsi Qax rayonunda yerləşən Topdan satış müəssisəsidir. Özəlləşdirilməyə açıq elan edilən əmlaklar pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat və müxtəlif iqtisadi sahələrə aiddir.

Bölgələrdə özəlləşdirlən 8 qeyri yaşayış sahəsindən 2-si Daşkəsən, 2-si Göyçay, 2-si Sumqayıt,1-i Mingəçevir, 1- isə Ağdaş rayonunda yerləşir. Özəlləşdirilən əmlaklarıın sahəsi 30-133 kv.m arasında dəyişir.

Zaqatalada yerləşən Barama Toxuma zavodu kimi əmlaklarınn özələşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı həm də yüngül sənayenin inkişafına töhvə verir. Bu isə daxili geyim təlabatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımız aradan qalxamasına səbəb olur. Eyni zamanda ölkədən vəsait çıxmamaqla yanaşı bu, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır. Bundan başqa özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsidə bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensıalının artmasına şərait yaradır. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişi və nəticələri barədə Komitənin saytı, özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Növbəti hərrac aprelin 25-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti