...

Apreldə BTC kəməri ilə nəql olunan Azərbaycan neftinin statistikası

İqtisadiyyat Materials 2 May 2017 11:14 (UTC +04:00)
Aprel ayında BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub.
Apreldə BTC kəməri ilə nəql olunan Azərbaycan neftinin statistikası

Bakı. Trend:

Aprel ayında BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 242 min 574 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar- aprel aylarında bu kəmərlə 8 milyon 724 min 383 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il may ayının 1-ə qədər BTC-yə 330 milyon 262 min 445 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin aprel ayında BTC kəməri ilə 546 min 171 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti