...

Milli startapçılar beynəlxalq “Startup Village” musabiqəsinin yarımfinalında iştirak edəcəklər

İqtisadiyyat Materials 31 May 2017 17:22 (UTC +04:00)
“Açıq İnnovasiyalar üzrə Startap Turu”nun (Open Innovations Startup Tour) azərbaycanlı qalibləri “Startup Village” musabiqəsinin yarımfinalında iştirak edəcəklər.
Milli startapçılar beynəlxalq “Startup Village” musabiqəsinin yarımfinalında iştirak edəcəklər

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rusiya Federasiyasının “Skolkovo” Fondu və “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş “Açıq İnnovasiyalar üzrə Startap Turu”nun (Open Innovations Startup Tour) azərbaycanlı qalibləri “Startup Village” musabiqəsinin yarımfinalında iştirak edəcəklər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 6-7 iyun tarixlərində Skolkovo İnnovasiya Mərkəzində təşkil ediləcək startap-musabiqəsinin yarımfinalında ölkəmizdən Arif Mövsümzadə, Aleksey Cəfərov və Fidan Rüstəmovadan ibarət "Spinal" komandasının "Lia" layihəsi, Orxan Əhmədovun "Kvotter" layihəsi, Şahlar Paşayevin "Sağlam Yaşam platforması" layihəsi təmsil olunacaq.

Ümumilikdə tədbirdə 20 000-dən çox iştirakçı, 3500 startap və 600-dən çox investorların iştirakı nəzərdə tutulur.

Azərbaycandan olan startapların həmin musabiqədə iştirakı potensial investorlar qarşısında öz layihələri haqqında ətraflı məlumat verməyə, həmçinin beynəlxalq bazarlara çıxış imkanları əldə etməyə əlverişli şərait yaradacaq.

Qeyd edək ki, Rusiya və MDB məkanında innovativ startapların axtarışı üzrə ən böyük tədbir sayılan “Açıq İnnovasiyalar üzrə Startap Turu” cari ilin 17-18 aprel tarixlərində Bakıda baş tutub. Əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək vermək olan tura 235 iştirakçı, 82 layihə müraciət edib, onlardan 15 layihə iştirak hüququ qazanıb.

“Startup Village” startap-musabiqəsi “Açıq İnnovasiyalar üzrə Startap Turu” çərçivəsində keçirilən ənnəvi tədbirdir və Avropada ən böyük startap müsabiqələrindən hesab olunur.

Xəbər lenti

Xəbər lenti